Ceykob Helberq gələn həftə Azərbaycana səfəri zamanı Vensə qoşulacaq

21:34 07.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə gerçəkləşdiriləcək səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir. Bildirilir ki, Ermənistan və Azərbaycan səfəri Prezident Trampın sülh səylərini irəli aparacaq və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) təşviq edəcək.